Одна из причин пристрастия людей к порочному – безделье. Когда б он возделывал землю, занимался торговлей, разве мог бы он вести праздную жизнь?
Абай Кунанбаев

Главная
Открытое мнение
Әliağa Kürçaylı poeziyasında sonet

ОТКРЫТОЕ МНЕНИЕ

24 ноября 2017
1365
0

Әliağa Kürçaylı poeziyasında sonet

Elnur Rәsuloğlu (Әliyev)

 

 “XX әsr Azәrbaycan әdәbiyyatında yeni lirik janrlar” (Bakı, “Elm” nәşriyyatı, 2002) metodik vәsaitinin 29-56-cı sәhifәlәrindә Azәrbaycan poeziyasında sonet haqqında ümumi mәlumat verәn, müvafiq olaraq bir vә yeddi il sonra “Azәrbaycan poeziyasında sonet vә terset” (Bakı, “Elm” nәşriyyatı, 2003, sәh.11-229), “Avropa lirik janrları vә Azәrbaycan әdәbiyyatı” (Bakı, “Elm vә tәhsil” nәşriyyatı, 2009, sәh.122-250) monoqrafiyalarında öncә “sonetin janr özәlliklәrinә vә dünya әdәbiyyatında inkişaf yoluna qısa baxış” edәn Azәrbaycan Respublikasının Әmәkdar Elm Xadimi Hüseyn Mәmmәd oğlu Hәşimli (1965) Azәrbaycan poeziyasında sonetin inkişafını aşağıdakı kimi tәsnif etmişdir:

 1. Azәrbaycan poeziyasında sonetin tәşәkkül mәrhәlәsi;

 2. Axtarış yollarında (1920-50-ci illәr);

 3. Azәrbaycan sonetinin kamillәşmә vә kütlәvilәşmә dövrü (1960-80-ci illәr);

 4. Azәrbaycan soneti çağdaş mәrhәlәdә.

 Yuxarıda sadalananlar içәrisindә ikinci – “axtarış yollarında” mәrhәlәsi daha çox diqqәt çәkir. Adıçәkilәn mәrhәlәni sәciyyәlәndirәn filologiya elmlәr doktoru H.Hәşimli yazır:

 “İlk nümunәlәri XX әsrin әvvәllәrindә yaranan Azәrbaycan soneti 1920-50-ci illәrdә özünün müәyyәn sabitlәşmә dövrünü yaşayır. Daha doğrusu, hәmin mәrhәlәdә janrın axtarış әhatәsi genişlәnir, әruzdan hecaya keçid tam başa çatır, mövzu-problematika әlvanlığı xüsusi vüsәt alır...” (Hüseyn Hәşimli. Azәrbaycan poeziyasında sonet vә terset. Bakı, “Elm” nәşriyyatı, 2003, sәh.65).

 Bu mәrhәlәdә yazıb-yaratmış Abdulla Şaiq (1881-1959), Süleyman Rüstәm (1906-1989), Sәmәd Vurğun (1906-1956), Әhmәd Cәmil (1913-1977), represiya qurbanları Әlirza Abdullayev ( ? -1943), Mikayıl Müşfiq (1908-1939), “didәrgin şair” Almas İldırımla (1907-1952) yanaşı, Azәrbaycan poeziyasında öz yeri olan Әliağa Kürçaylı (1928-1980) da sonet yaradıcılığı ilә mәşğul olmuşdur. O, 1954-1959-cu illәr arası dörd sonet qәlәmә almış, Azәrbaycan sonetinin tematika vә problematikasının xeyli genişlәnib sәnәtkarlıq mәziyyәtlәrinin daha da dolğunlaşdığı üçüncü – kamillәşmә vә kütlәvilәşmә dövrünün (1960-80-ci illәr) әvvәllәrindә, yәni 1962-ci ildә iki sonet yazmaqla bu dövrdә “...әdәbiyyatımızda bu janra ardıcıl müraciәt edәn, çoxsaylı vә dәyәrli sonetlәr yazan A.Babayev, Ş.Aslan, Abbasağa kimi istedadlı şairlәrin...” (Hüseyn Hәşimli. Azәrbaycan poeziyasında sonet vә terset. Bakı, “Elm” nәşriyyatı, 2003, sәh.81) sonet yaradıcılığı yollarında “mayak” rolunu oynamışdır.

 “…Onun (Әliağa Kürçaylının – E.R.) sonetlәrindә misraların müxtәlif heca ölçülәrindә olması, rәngarәng bәdii tәsvir vә ifadә vasitәlәri, az sözlә dәrin mәna çatdırmaq mәharәti ilk baxışda diqqәti cәlb edir...” (Hüseyn Hәşimli. Azәrbaycan poeziyasında sonet vә terset. Bakı, “Elm” nәşriyyatı, 2003, sәh.76).

 Bizim burada mәqsәdimiz Ә.Kürçaylının hamısı italyan soneti formasında olan sonetlәrini yenidәn tәhlilә cәlb etmәk deyil. Biz mәrhum şairin sonet yaradıcılığı haqqında dolğun tәsәvvür yaratmış tәhlillәrdәki bәzi qaranlıq mәqamlara aydınlıq gәtirmәkdәn ötrü әldә olan faktları aşağıda sistemli şәkildә nәzәrinizә çatdırmağı lazım bilirik:

 1) “Bir qız keçir küçәdәn – bir gözәllik timsalı” misrası ilә başlanan sonet (Bakı, 1954)

 Qafiyәlәnmә sistemi: abab cçcç dde әәe

 Heca ölçüsü: 14-lük (7+7)

 2) “İnsan yalnız bir dәfә gәlir dünya üzünә” misrası ilә başlanan sonet (Bakı, 1954)

 Qafiyәlәnmә sistemi: abab cçcç dde әәe

 Heca ölçüsü: 14-lük (7+7)

 3) “Yaman oxşayırsan deyirlәr, mәnә” misrası ilә başlanan sonet (Kislovodsk, 1955)

 Qafiyәlәnmә sistemi: abab cçcç dde әәe

 Heca ölçüsü: 11-lik (6+5)

 4) “Etiraf” vә ya “Bilmirәm işin nә, sәnәtin nәdir” misrası ilә başlanan sonet (1959)   Qafiyәlәnmә sistemi: abba cçcç dde әәe

 Heca ölçüsü: 11-lik (6+5)

 5) “Torpaq quruyurdu, yağdı yağışlar” misrası ilә başlanan sonet (1962)

 Qafiyәlәnmә sistemi: abab cçcç dde әәe

 Heca ölçüsü: 11-lik (6+5)

 6) “Mәhәbbәt yolunda yorulmur ürәk” misrası ilә başlanan sonet (1962)

 Qafiyәlәnmә sistemi: abba cçcç dde әәe

 Heca ölçüsü: 11-lik (6+5)

 Sual oluna bilәr ki, bәs niyә “Bilmirәm işin nә, sәnәtin nәdir” misrası ilә başlanan sonetin yazılma tarixi Kürçaylının “Bütövlük”lә (Bakı, “Yazıçı” nәşriyyatı, 1978) “Seçilmiş әsәrlәri”nin (Bakı, Azәrnәşr, 1989) müvafiq olaraq 254 vә 240-cı sәhifәlәrindә 1961-ci il kimi göstәrilib?

 Bu suala cavab olaraq onu deyә bilәrik ki, biz göstәrdiyimiz 1959-cu il tarixi heç dә göydәn düşmә deyil. Әliağa Kürçaylının 1960-cı ildә nәşr olunmuş “Cavabsız mәktublar” (Bakı, Azәrnәşr) kitabının 57-ci sәhifәsinә nәzәr yetirsәk, bu sonetin “Etiraf” adı ilә getdiyinin şahidinә çevrilәrik. 1959-cu ildә qәlәmә alınıb 1960-cı ildә çap olunmuş sonet heç vaxt 1961-ci ildә yazıla bilmәzdi. Bu heç bir mәntiqә sığan iş deyil.

 Ә.Kürçaylının son iki -  5 vә 6-cı sonetlәrinin qәlәmә alınma ili şairin “Şeirlәr” (Bakı, Azәrnәşr, 1963) kitabının müvafiq olaraq 17 vә 29-cu sәhifәlәrindә verilәn 1962-ci il tarixinә әsasәn müәyyәnlәşdirilib dәqiqlәşdirilmişdir.

 Әn sonda onu da qeyd etmәliyik ki, әgәr biz bu kiçikhәcmli yazımızla Kürçaylının sonetlәrinin tәhlillәrindә olan bәzi qaranlıq mәqamlara müәyyәn mәnada aydınlıq gәtirә bildiksә, bu bizim üçün böyük nailiyyәtdir.

Поделиться:
     
Оставить комментарий:
Captcha
Добавить произведение