Одна из причин пристрастия людей к порочному – безделье. Когда б он возделывал землю, занимался торговлей, разве мог бы он вести праздную жизнь?
Абай Кунанбаев

Главная
Открытое мнение
Seyid Әbülqasim Nәbatinin gәraylıları

ОТКРЫТОЕ МНЕНИЕ

20 декабря 2017
1664
0

Seyid Әbülqasim Nәbatinin gәraylıları

           

                                                        Elnur Rәsuloğlu (Әliyev)

 

 Azәrbaycan әdәbiyyatının XIX әsrdә yetirdiyi görkәmli nümayәndәlәrindәn biri olan Seyid Әbülqasim Nәbati (1812-1873) istәr әruz vәznindә, istәrsә dә heca vәznindә yaratdığı gözәl şeirlәri ilә özündәn sonra tәkrarolunmaz irs qoyub getmişdir. Onun heca vәznindә yazdığı şeirlәrin әsas ideya xәttini mәhәbbәtin, gözәlliyin tәrәnnümü tәşkil edir. Nәbati yaradıcılığında mühüm yer tutan şifahi xalq şeiri tәrzindә olan әsәrlәrindә sevәn gәncin daxili alәmini, hiss vә duyğularını, sevinc vә kәdәrini sәnәtkarlıqla açır. Onun şeirlәrindә lirik qәhrәman hәyat eşqi, gözәllik vurğunudur. Gözәllik aludәçisi olan bu qәhrәman bir qәdәr romantik ruhda olmasına baxmayaraq, real dünyanı, hәyat nemәtlәrini yüksәk qiymәtlәndirir, xoşbәxtliyi hәqiqi sevgidә görür. Şairin fikirlәrindәki fәlsәfiliyin dәrinliyinә fikir versәk, görәrik ki, burada real gözәlliyin, mәhәbbәtin, hissin tәrәnnümü ilә yanaşı, ilahi eşqin, ilahi varlığın, ilahi qüdrәtin, ilahi gözәlliyin vәsfi dә mövcuddur. Reallıqla romantik alәmi birlikdә verә bilmәk qabiliyyәti Seyid Әbülqasim Nәbati sәnәtkarlığına, Nәbati yaradıcılığına mәxsus xüsusiyyәtdir ki, şair bundan böyük mәharәtlә yararlanmışdır. Şeirlәrindә fәlsәfi fikri kamil şәkildә, özünәmәxsus çalarlarla, xüsusi boyalarla әks etdirәn Seyid Әbülqasim Nәbati gözәlliyi tәrәnnüm etmәklә bәrabәr, öz dәrin fәlsәfi ideyalarını da bu vasitә ilә vermәyә nail olmuşdur.

 Nәbatinin şeirlәrini oxuduqca görürük ki, o, real gözәlliyin tәrifini, tәrәnnümünü vermәklә kifayәtlәnmәmiş, gözәlliyin mәdhi ilә yanaşı, şeirlәrindә dini motivlәrә dә yer ayırmışdır. Şairin şifahi xalq şeiri tәrzindә yaratdığı әsәrlәri içәrisindә gәraylıların xüsusi yeri vardır vә onun bu janrda qәlәmә aldığı şeirlәri rәdifli, rәdifsiz olmaqla iki yerә ayrılır.

 Seyid Әbülqasim Nәbatinin gәraylılarından “Maşaallah, qadir Allah Gör necә dilbәr yaradıb!” misraları ilә başlayan “Yaradıb” rәdifli şeirindә biz hәm real gözәlliyin, eşqin, mәhәbbәtin tәrәnnümünü, hәm dә ilahi gözәlliyin, ilahi eşqin vәsfini görürük. Bu çalarlar aydın hiss edilәn vә 15 bәnddәn, 13-cü bәndi üç misradan ibarәt olan gәraylının ilk bәndlәrindә real gözәlin gözәlliyindәn – qönçә ağzından, püstә lәbindәn, incә belindәn, bәstә boyundan, dәstә-dәstә telindәn, hidu xalından, lalә üzündәn, gündәn göyçәk camalından yüksәk sәnәtkarlıqla bәhs edilsә dә, sonrakı bәndlәrdә ilahi qüdrәtdәn söz açılır. Şair haqlı olaraq göstәrmәk istәmişdir ki, әslindә bu gözәlliyi xәlq edәn Ulu Yaradandır. Bu sonsuz gözәlliyin timsalında biz bu gözәlliyi “bir әmrә müqәrrәr edәn” varlığın kamilliyini görmәliyik:

                                        

                                                       Hәr kimi xaliqi-davәr

                                                       Bir әmrә edib müqәrrәr,

                                                       Onu bir şuxi-gülpeykәr,

                                                       Mәni sәmәndәr yaradıb.

 

 Bu parçadan da göründüyü kimi, gәraylıda şair, әsasәn, real gözәlin surәtini yaratmaqla, onun gözәlliyini tәrәnnüm etmәklә bu gözәlliyi yaradan qadir Allahın qüdrәtindәn bәhs etmişdir. Şairin fikrincә, bu gözәlliyi görmәk üçün gözü, duymaq üçün ruhu, bu qәdәr sәnәtkarlıqla mәdh etmәk üçün bu gözәlliyi tәrәnnüm edәnә istedadı da qadir Allah bәxş edib.

 Nәbatinin gәraylılarından “İşim, peşәm od yandırmaq, Qәrib atәşpәrәst oldum!” misraları ilә başlayan, 5 bәnddәn ibarәt “Oldum” rәdifli şeirinin ilk üç bәndi şәkilcә gәraylı, yerdә qalan 4 vә 5-ci bәndlәri isә formasına görә qoşmadır:

 

                                                       İşim, peşәm od yandırmaq,

                                                       Qәrib atәşpәrәst oldum!

                                                       İçdim südü, çәkdim bәngi,

                                                       Әcaib şiri-mәst oldum!

 

 

                                                       Qoy әldәn cami-şәrabi,

                                                       At getsin çәngü rübabı,

                                                       Tez ol, çәk şişә kәbabı,

                                                       Mәn ki, mәsti-әlәst oldum.

 

                                                       Keçdim tamami-alәmdәn,

                                                       Süleyman ilә Xәtamdәn,

                                                       Guya deyildim Adәmdәn,

                                                       Bir hübab idim, pәst oldum.

 

                                                   Mәrhәba kәmana, şәstә, bir tirә,

                                                   Doqquz fәlәklәri tikdim bir-birә,

                                                   Rüstәmi-dәstanı etdim bir-birә,

                                                   Gör necә qәribә zәbәrdәst oldum.

 

                                                   Şikar istәr ikәn, damә düşdüm mәn,

                                                   Bir siyahmәst olub camә düşdüm mәn,

                                                   Nәbati, sübh ikәn şamә düşdüm mәn,

                                                   Bir әfi ilana paybәst oldum.

 

 Seyid Әbülqasim Nәbatinin gәraylıları içәrisindә dini- fәlsәfi ideyaların başlıca yer tutduğu şeirlәrindәn biri dә “Aman, ağa, sәnә qurban, Mәni salma nәzәrdәn sәn!” misraları ilә başlayan, 7 bәnddәn ibarәt olan “Sәn” rәdifli gәraylısıdır. Bu gәraylıda da biz şairin yaradıcılığında gerçәklikdәn, reallıqdan daha çox ilahi varlığın tәrәnnümünü görür, şairin tәfәkküründә, dünyagörüşündә dini motivlәrin, dini tәsirlәrin varlığını aydın hiss edirik.

 Nәbatinin rәdifsiz gәraylılarına nümunә kimi, “Genә fәlәklәr ünüşdü Qurban-qurban sәdasından”, “Nә xoşlayıb xanım bilmәm, Xәrab Kürdәşdi, Kürdәşdi”, “Sәnә qurban, gәtir saqi, Bircә piyalә, piyalә”, “Abad olsun görüm, yarәb, Künci-meyxanә, meyxanә!” vә “Genә gәldi bahar fәsli, Bülbül gәldi dadә, dadә” misraları ilә başlayan şeirlәri misal göstәrә bilәrik.

 Seyid Әbülqasim Nәbatinin gәraylı janrında yazdığı şeirlәri bu gün dә tәravәtlidir, bәdii cәhәtdәn kamil sәnәt incilәri kimi oxucuların zövqünü oxşamaq iqtidarındadır. Bu hә şeydәn öncә şairin bәdii qüdrәti ilә ana dilinә vurğunluğundan sadә, anlaşıqlı xalq deyimlәrindәn bacarıqla, ustalıqla istifadә etmәsinin nәticәsidir.


Поделиться:
     
Оставить комментарий:
Captcha