Сегодня день рождения у
Никто не пишет литературу для гордости, она рождается от характера, она также выполняет потребности нации...
Ахмет Байтурсынов

Блоги

01.01.2019
3544

Mәnim

Mәnim

Elnur Rәsuloğlu (Әliyev)

 

 

Hәyatım boyunca etdiklәrimin

Savabı sәnindir, günahı mәnim.

Ümidlә baxdığın uca göylәrin

Mәlәyi sәnindir, Allahı mәnim.

 

Bilinmәyir sağı, solu günlәrin,

Ömrümüzdәn keçir yolu günlәrin.

Gözlәdiyin sevgi dolu günlәrin

Dünәni sәnindir, sabahı mәnim.

 

Qırılıb tellәri tar-kamanımın,

İtibdir açarı vaxt, zamanımın.

Hәr gün elәdiyim and-amanımın

Vallahı sәnindir, billahı mәnim.


Поделиться:      
Оставить комментарий: