Сегодня день рождения у
Никто не пишет литературу для гордости, она рождается от характера, она также выполняет потребности нации...
Ахмет Байтурсынов
Главная
Спецпроекты
Переводы
Galımkayır MUTANOV'un Şiirleri

18.05.2016 2382

Galımkayır MUTANOV'un Şiirleri

Язык оригинала: Ғалымқайыр Мұтановтың өлеңдері

Автор оригинала: Galımkayır MUTANOV

Автор перевода: Nizami ZÖHRABİ

Дата: 18.05.2016




şiir. өлең.jpg
                                                      


ZAMAN


Zaman keçər, köhnələr hər şey,
Fəqət səssiz dəyişməyə məruz qalaraq
Əvəzlənər yenisiylə.
Zaman keçər,
İnsan köçər.
Ancaq yenə də yaşayar
Yeni nəsillərlə dəyişdirərək yerini.
Zamanın hər dönəmi
Sıralanıb əvəz edər bir-birini.
Gedər öndəkilər,
Yetişər yeni nəsillər.
Davam edər bu xüsus
Bu fani dünyada.
Əbədiyyətin varlıqları dəyişər,
Sonra məlum olmayan zaman gələr. 
Yerini dəyişdirərək 
Gedərsən sən də bir gün.
Və təzələnər bu dünya,
Təzələnər bu aləm dəyişərək bütün.



QIZLARIN YOLU

Gizlənməyən bir duyğu var,
Baxanda özünü büruzə verən duyğu.
Hissiyyatına qurban olum,
Zərif duyğulara layiqsən,
Anlayıram, bilirəm mən,
Biganə qalmaq deyil asan.
Elin dediyi kimi
Həm incə, həm çətin olan yol
Qızların yoludur.




İT HÜRƏR

Karvan gedir, 
İt hürür.
Hərəkət edir köç,
Uzaqdır onun getdiyi yer.
İt hürdü deyə
Dönməz karvan geriyə.
İtlərin məqsədi var:
Olsun sahibləri xəbərdar.
Karvana cumaraq itlər
Ağız atıb dişləyərlər.
Karvansa gedər durmadan,
Səmtini burmadan,
Davam edər yoluna.
Köç ötənə qədər,
Gözdən itənə qədər,
Nəfəsi bitənə qədər
İt hürər...
***
Hamı itə gülər.