Сегодня день рождения у
Никто не пишет литературу для гордости, она рождается от характера, она также выполняет потребности нации...
Ахмет Байтурсынов
Главная
Спецпроекты
Переводы
Kazak Şair, Türkolog Kayrat DÜYSENOV'un Şiirleri

04.05.2016 2190

Kazak Şair, Türkolog Kayrat DÜYSENOV'un Şiirleri

Язык оригинала: Ақын, публицист Қайрат Дүйсеновтың өлеңдері

Автор оригинала: Kayrat DÜYSENOV

Автор перевода: Nizami ZÖHRABİ

Дата: 04.05.2016




şiir. өлең.jpg


MƏN ABAYAM!

(J.Moldaqaliyevin “Mən qazaxam” poemasının izi ilə)


Mən Abayam!

Abay kimi danışaram.

İstəsəm hamını məcbur edərəm

mənə qulaq asmağa.

İstəsəm gölməçəyə çevrilər

böyük göl,

İncisəm quruyar çöl.

Mən Abayam!

Şeir olub oxunaram,

Qazaxların dərdlərinin oduna

yanıb-yaxılaram.

Şeirin duru çeşməsindən

sizlərə bal daddıraram.

Mən Abayam!

Abay olub deyərəm:

-Atını meydana çək!

Döyüş, xalqım,

gözündən ta ki, qan axanadək!

Xalqımın yaşlıları

görüb çoxlu qəm-kədər

Şüurumun tarixi uzanır

qədim döyüş

meydanlarına qədər.

Mən Abayam!

Mən xalqımın bugünkü

gənclərini sevirəm.

Həsr edərəm onlara

qalın-qalın dastanlar.

Bölmədilər onlar

üç yerə bizim sülh səmamızı.

1986-nın dekabrında

qorudular şərəfimizi.

Mən Abayam!

Bitməyən bir əsərəm.

Məni anlayanlara

vardır sonsuz rəğbətim.

Var mənim öz dövlətim,

bayrağım, hürriyyətim.

Xalqımı, dövlətimi belə

azad görəndə

Oyanaram yuxudan

hürr insan kimi mən də.

Mən Abayam!

Hər bir nəğməm şirindir,

hər şeirim bal dadır.

Hər sualım, hər sözüm

daşıyır neçə məna.

Mən sizin özünüzəm,

siz varsınız - mən varam!

Sizin hafizənizdə

həkk olunmuş şüaram!

Mən Abayam!

Mən şairəm, aqiləm.

Tanınır adım mənim

bu gün bütün dünyada.

Odur ki, salıram mən

bir sözü yenə yada:

Hörmət edin hamınız,

qoruyun şairləri,

Qoy olsun şüarınız

onların şeirləri.

Mən Abayam!

Abay kimi danışaram.

İstəsəm hamını

məcbur edərəm

mənə qulaq asmağa.

Ey mənim övladlarım,

rəvac verin xeyirə,

Bilin sözün qədrini,

ehtiram edin sözə,

Açılan hər gününüz

qoy bələnsin şeirə!!!


(Bu şeir Almatada Abayın 150 illik yubileyinə həsr olunmuş tədbirdə

şairin abidəsi qarşısında oxunub).




ŞAİR MUXAQALİNİN SƏSİ


Bu dünyada həmişə ağlamışam, yanmışam, 
Özümü bəndələrin ən bədbəxti sanmışam. 
Demə, bihudə yerə hissimə aldanmışam, 
Könüllərdə var imiş ayrıca yerim mənim! 
Gör nə qədər ürəkdə necə də bir yerim var, 
Bəhrəli bir ağacam, tükənməyən barım var. 
Qaranlıq göy üzündə çaxanda ildırımlar 
Xatırlanar kimliyim böyük bir ehtiramla. 
Vulkanlar püskürəndə, yer lərzəyə düşəndə 
Gələcək yüzillərə köçüb gedərəm mən də. 
Can sinəmə yığılıb cismimi tərk edəndə 
Şairlərə deyərəm:-Yaxşı şeirlər yazın! 
Yaxşı seir bənzəyir ildırım təlaşına, 
Belə şeir yazanın dolanaram başına. 
Görsəm belə şairlə deyilsiniz aşina, 
Alaram öz yanıma, buraxmaram tək onu, 
Bilin yaxşı sairin cənnətdir son məkanı!



SƏN DƏ MƏNİ SEVİRSƏN?


Səninçün darıxmağım vermədi əsla ara, 
Xəyalım alıb məni apardı uzaqlara. 
Təslim etdim özümü bəxt adlı yazılara, 
Belə olduğum halda dünyaya necə sığım? 
Bir vurğunluq halında yaşayıram bu gün mən, 
Bəxş etdiyin sevincin çəkməkdəyəm yükün mən, 
Tapa bilmərəm əsla bir rahatlıq, sükun mən 
Ta sən anlamayınca məni, ey əziz insan. 
Gördüm Ay camalını, nura boyandı içim, 
Çaxdı gözündə şimşək, parladı bir qığılcım. 
Artdı sənə ümidim, qalmadı ayrı seçim, 
Doğrultdun mənim sonsuz arzumu, ümidimi. 
Almasa da dodağım dodağından busəni, 
Qucub oxşamasam da şirin sözlərlə səni, 
Vəsf edib şeirimlə sən kimi bir süsəni 
Sənə olan eşqimi etdim hörmətlə izhar. 
Mənim hər şeirimin sənsən baş qəhrəmanı, 
Varmı məftun eyləyən ayrı gül çöhrə məni? 
Bir sualım var sənə: salmışkən sehrə məni 
Düzünü söylə görüm sən də məni sevirsən?



ÇATDIRIRAM 
GÖZLƏ MƏNİ


Avara gəzirəm, avara.. 
Yaşamaqdan ötrü mən qatlaşdım hər çür işə. 
Canım, ancaq o zaman olmadın yanımda sən, 
Olsaydın, edərdinmi onda yükümü asan? 
Kədərli gəzirəm, kədərli... 
Mən yaşamaq naminə etdim nə qədər günah. 
Hələ ki, üstələyir əyrilərim düzümü, 
Düzəlmədən bilmirəm sənə layiq özümü. 
Həyəcanlı gəzirəm, həyəcanlı... 
Bu dəyişən dünyaya baxıb təəccüb edərək. 
Mənim dərdim hamının dərdlərindən fərqlimi? 
Başqaları oturub heç nə olmamış kimi. 
Əziyyyət çəkirəm, əziyyət... 
Darıxmaq hissi yaman dolub mənim sinəmə. 
Üst-üstə qalaqlanan bu capsarı kədəri 
Sənə hədiyyə alıb qayıdacağam geri. 
Uzaqda gəzirəm, uzaqda... 
İnanıram, axtarsam qazanaram min uğur. 
Ehtiras piyaləsi yandırsa da lap səni, 
Səbrini hifz edərək yenə də gözlə məni.