Әдебиеттi ешкiм мақтаныш үшiн жазбайды, ол мiнезден туады, ұлтының қажетiн өтейдi сөйтiп...
Ахмет Байтұрсынұлы
Басты бет
Арнайы жобалар
Аударма
Şair Nizami ZÖHRABİ'nin Şiirleri

18.05.2016 2512

Şair Nizami ZÖHRABİ'nin Şiirleri

Негізгі тіл: Ақын Низами Зөхрабидің өлеңдері

Бастапқы авторы: Nizami ZÖHRABİ

Аударма авторы: Kayrat DÜYSEN

Дата: 18.05.2016




şiir. өлең.jpg


SARİ GӘLİN


Seyr elədim çən içindən

Çox gülü-rüxsarı, gəlin.

Min gözəlin mən içindən

Seçdim səntək yarı, gəlin.


Boyun bəstə,belin incə,

Dilin nabat, ləbin qönçə.

Beləsini səndən öncə

Görməmişdim, sarı gəlin.


Gəldin odla, külək ilə,

Yanıb,yanıb döndüm külə.

Eşq bağından gilə-gilə,

Üzüncə mən barı, gəlin.


Yozub alın yazımı sən,

Çaldın könül sazımı sən.

“Çək”deyərək nazımı sən,

Etdın ömrü yarı, gəlin.


Kıpriklərin durub qəsdə,

Qəsd neyləyər məntək məstə?!

Aç saçını,sinəm üstə,

Sal gecələr marı, gəlin.


Mən şikaram, tələ səndə,

Yanar bağrım tel əsəndə.

Mən sönmərəm, ələsən də,

Od üstünə qarı, gəlin.


Şikara bax,oxa gəlir,

Verib ələ yaxa, gəlir.

Qanı axa-axa gəlir

Üzü sənə sarı, gəlin.


Çox dağlanıb könlüm dağla,

Dağ üstündən dağ bas, dağla.

Aç yaramı,baxıb ağla,

Yu şəbnəmlə, sarı, gəlin.


Əzəl gündən yanmaq peşəm,

Xoşdur mənə belə yaşam.

Səməndərəm,yanar quşam,

Bəyənmərəm sarı, gəlin.


Zöhrabinin yarı – süsən,

Həyat baldır,arısı-sən.

Ömrü boyu qarısı sən,

Olsan neynər varı, gəlin!




Mənim Şanlı Yanvarım


(В ночь с 19-го на 20 января 1990 года советские войска вошли в Баку 

и убили мирных людей, которые требовали независимость, свободу)


Qoydun bir vaxt üz

İnamla tüfəngi sən.

Verdin haqq işimizə

Davamlı ahəngi sən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Bezdik saxta qayğıdan,

Saxta hissdən,duyğudan.

Çaldın Türkü uyğudan

Oyadan son zəngi sən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Sənə qədər fərd idik,

Ululara dərd idik.

Bütünləşdik, bərkidik:

Cövhər oldun sanki sən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Yandı güllər qınında,

Rəngi qaçdı danın da,

Məsum şəhid qanında

Boğdun bir nəhəngi sən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Yasdan çıxdı bu anla

Türkmənçay Gülüstanla.

Düşmən köksünə qanla

Dastan yazan süngüsən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Zirvəsisən dağımın,

Simgəsisən çağımın,

Üçrəngli bayrağımın

Qıpqırmızı rəngisən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Sənə demərəm qara,

Nur hara, zülmət hara?!

Güvənli sabahlara

Haraylayan “Cəngi”sən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Keçsə də neçə qış, yaz,

Var olduqca sözlə saz

Səni unudan olmaz:

Tariximsən çünki sən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!


Öncülüsən sıranın,

Haqq deyib hayqıranın.

Sən Türklüyün,Turanın

Boynunun çələngisən,

Mənim Qanlı Yanvarım,

Mənim Şanlı Yanvarım!!!




BEYTLƏR


1. Uzaqdan göz-qaşınla

Saldın məni dərdə sən.

İndisə göz yaşınla

Canım yanan yerdəsən.


2. Gözləri yol çəkən yar xəstəsiyəm,

Həsrətəm bir şirin vüsal çağına.

Məhəbbət çələngi, gül dəstəsiyəm,

Asılım boynuna, al qucağına.


3. Düzəlt sən öz içində

Kiçicik qəfəs mənə.

Nə yad nəfəs yetişsin,

Nə özgə bir səs mənə.


4. Sevdim səni nəğmənin

Ən gözəl sətri kimi.

Yağışdan sonra gələn

Torpağın ətri kimi.


5. Hər gün savaşa çıxır

Ürəyim öz gözümlə.

Paylaşa bilməyirəm

Səni hətta özümlə.


6. Heç soruşma hardayam,

Heç soruşma necəyəm.

Danı dara çəkilmiş

Sabahsız bir gecəyəm.


7. Hicrin yaxdı qəlbimi,

Su aradım bir udum.

Göz yaşımda islanıb,

Göz yaşımda qurudum.


8. Baxdıq gələndə üz-üzə

Mən sənə, sənsə yuxarı.

Sən mənə baxa bilmədin,

Özünə yaxşı bax barı.


9. Ağlayıb özünü boğma yaşlara,

Demə ki, sevgidə bəxtim olmadı.

Bənd oldum Ay üzə, qara qaşlara,

Özünü sevməyə vaxtım olmadı.


10. Göz yaşlarım yanağımın süsüdür,

Üzgün çöhrəm boz buludu andırır.

Hər aşiqi bir eşq odu isidir,

Məni sənin soyuqluğun yandırır.


11. Susmayan dilimdən söz düşüb qaçaq,

Titrəyir ağzımda dilim, göynəyir.

Yanıb külə dönüb sənsiz bir ocaq,

Gəl, gülüm, səninçün külüm göynəyir.


Көп оқылғандар